...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 29 Mart 2006 12:46 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, martın 28-də bir barel AZERI LT CIF neftinin qiyməti $64, 86 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $1,30 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Martın 28-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,27 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $2,15 çoxdur. URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Martın 28-də bir barel Brent (DTD) neftinin qiyməti $64,66 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $1,84 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti