...

Azərikimya "Səthi Aktiv Maddələr" zavodu üçün xammalın alınması üzrə tender elan edib

Energetika Materials 29 Mart 2006 14:31 (UTC +04:00)

"Azərikimya" Dövlət Şirkətinin tərkibinə daxil olan "Səthi Aktiv Maddələr" zavodu kaustik soda və xlor istehsalında istifadə olunan texniki duzun alınması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, 60 min ton həcmində texniki duzun 2006-cı il ərzində və 2007-ci ilin mayınadək alınması planlaşdırılır.

Tenderdə iştirakda maraqlı olan şirkətlər 200 AZN həcmində vəsait keçirməli və təkilflərini mayın 11-dək təqdim etməlidir.

Tender təklifləri mayın 12-də Sumqayıt "Səthi Aktiv Maddələr" zavodunda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti