"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatı üçün tikilən özüqalxan TPG - 500 platforması hava şəraiti imkan verən kimi dənizdə quraşdırılmaq üçün suya buraxılacaq. Bu barədə Trend ə VR Azerbaijan şirkətinin mətbuat xidmətindən məlumat verilib. Bundan əvvəl qurğunun aprelin 1-də quraşdırılması planlaşdırılsa da, buna kəskinləşən hava şəraiti mane olub. Platforma installyasiya nöqtəsinə çatdırıldıqdan sonra sınaqdan keçiriləcək.
Platformanın tikintisinə $1,35 mlrd vəsait xərclənib. Tikintinin həyata keçirildiyi "Zığ" tikinti meydanın müasirləşdirilməsi ilə yanaşı ümumi məbləğ $1,6 mlrd təşkil edir.
Platformanın çəkisi 32 min tondur. Platforma dərinliyi 7 min metrdən artıq və əyilmə radiusu 3 min metr quyu qazmaq imkanına malikdir. Platformadakı hasilat üzrə qurğular sutkada 28,5 mln. kubmetr qaz və 60 min barel kondensat hasil etməyə qadirdir. TPG - 500 ilə cəmi 12 quyu istismara veriləcək. Onlardan 4-ü qabaqlayıcı qazma proqramı çərçivəsində artıq qazılıb.
Cənubi Qafqaz qaz kəməri ilə ilk qazın sentyabrın 30-da göndərilməsi nəzərdə tutulub.