...

Naxçıvanda qaz-turbin elektrik stansiyası işə salınacaq

Energetika Materials 4 Aprel 2006 15:15 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfərdə məqsəd gücü 40 MVt olan qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı işlərin sürəti və MR-da modul elektrik stansiyasının tikintisi loayihəsinin reallaşdırılmasına başlanılması ilə tanış olmaqdır. Trend in verdiyi məlumata görə, bu barədə "Azərenerji"nin mətbuat xidmətinin məlumatında bildirilir.

E.Pirverdiyev NMR Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə bildirib ki, aparılan tədqiqatlar nəticəsində əvvəllər modul stansiyasının tikintisi üçün nəzərdə tutulan yerin bu tip layihələrin həyata keçirilməsi üçün əlverişli olmadığı məlum olub. Ona görə də yeni ərazinin müəyyən edilməsi ilə bağlı operativ qərar qəbul edilib. Aparılan işlərin gedişində Naxçıvan-Culfa magistralının 15 kilometrliyində 10 Hektar ərazi seçilib.

"Azərenerji"nin rəhbəri qaz-turbin stansiyasının tikintisi ilə tanış olub. Hazırda onun birinci və ikinci enerji blokları işə salınıb. Hollandiyadana alınmış qazın təzyiqinin nizamlanması sistemləri sınaqdan keçirilir. Hazırda iki digər enerji blokunun işə salınması üzrə işlər aparılır. Yeni elektrik stansiyasının bu ayın sonlarında işə salınacağı nəzərdə tutulub. Bu, NMR-nın enerji təchizatının yaxşılaşdırılmasına əhəmiyyəli təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti