...

ARDNŞ katalitik krekinq qurğusunun işini bərpa edib

Energetika Materials 5 Aprel 2006 17:13 (UTC +04:00)

"Heydər Əliyev adına" NEZ (keçmiş Azərneftyanacaq) planlı təmirə dayandırılmış katalitik krekinq qurğusunun işini bərpa edib. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Qurğu işə salındıqldan sonra maye qaz istehsalının həcminin azalması ilə bağlı yaranmış bütün problemlər həll olunacaq.

Martda zavod avtomobil yanacağı istehsalını bərpa edib. Qurğu işə salındıqdan sonra benzin istehsalı da artacaq.

Dekabrda ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil yanacağının tədarükü haqqında müqavilə imzalayıb. Neft məhsulu Petrofarma Azərneftyağ NEZ-in (ARDNŞ-in tərkibinə daxildir) balansındakı N20 körpüsündən yüklənəcək. Petrofarm benzini XDGİ-yə məxsus tankerlərlə İranın Neka limanınadək çatdıracaq.

Bundan başqa, ARDNŞ Gürcüstanın "Saknaftobtransi" şirkəti ilə 2006-cı ildə avtomobil yanacağının tədarükü haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu şirkətə ayda 20 min ton benzin tədarük olunacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti