...

BP "Şərqi Azəri"də hasilatı sürətləndirmək niyyətindədir

Energetika Materials 19 Aprel 2006 20:48 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağının orperatoru BP Azerbaijan şirkəti bu ilin sonunda "Azəri "yatağının şərq hissəsində hasilata başlamaq niyyətindədir. Əvvəllər yatağın bu hissəsində hasilat işlərinə gələn ilin birinci rübündə başlanılacağı ehtimal edilirdi. Bu barədə şirkətin prezidenti Devid Vudvord məlumat verib.

Onun sözlərinə görə, gələn ay "Mərkəzi Azəri"də quraşdırılan qaz kompressor və su kompressorları vasitəsilə laylara suyun vurulmasına başlanılacaq. Bu platformanın Mərkəzi, Qərbi və Şərqi Azəri platformaları ilə birləşdirilməsindən sonra səmt qazının ixracına və elektrik enerjisinin alınmasına nail olmaq olar.

Xəbər lenti

Xəbər lenti