...

"Azərenerji" Gürcüstana elektrik enerjisi çatdırılması haqqında sazişi təkrar imzalaya bilər

Energetika Materials 6 May 2006 12:46 (UTC +04:00)

"Azərenerji" SC qarşılıqlı mübadilə əməliyyatları çərçivəsində Gürcüstanın "Telasi" şirkətilə əməkdaşlığını davam etdir. Lakin başqa təşkilat şirkətin hüquqi varisi olarsa, yeni sazişin imzalanmasına ehtiyac yaranacaq. Bu barədə Trend ə səhmdar cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Gürcüstanın energetika haqqında qanununa dəyişiklər edilib. Bu dəyişikliklərə əsasən, topdan satış bazarı əvəzinə yeni bir təşkilat (enerji sisteminin kommersiya operatoru) formalaşdırılacaq. Bu təşkilata topdan satış funksiyaları ilə yanaşı yeni funksiyalar da veriləcək. Təşkilat yeni hüquqi status alacaq. Energetika sektorunun bütün subyektləri kommersiya operatorunun təsisçiləri ola bilər.

Kommersiya operatoru bazar subyektlərinin maraqlarını daha dəqiq və aydın əks etdirə, bunların maliyyə inkişafını və sabitliyini təmin edə bilər. Bu təşkilat həmçinin, beynəlxalq standartlara cavab verən bazar prinsipləri tətbiq edə bilər.

Xəbər lenti

Xəbər lenti