...

ARDNŞ Supsadan mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 26 May 2006 11:53 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti 1 mln barel Azeri Light növlü neftin satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Tenderin qalibi İsveçrənin Addax BI treyderi olub. Neft partiyasının iyunun 22-23-də Gürcüstanın Supsa limanından yüklənəcəyi gözlənilir.

Əvvəllər ARDNŞ-in keçirdiyi tenderdə həmin həcmdə nefti Almaniyanın Select Energy treyderi alıb. 2005-ci ildə isə şirkətdən Azərbaycanın yüngül neftini Glencore, Arcadia, Unipetrol, Total, R-Trading və Tupras da alıb.

Xəbər lenti

Xəbər lenti