...

Benyamin Ben-Elieyzer: "İsrail BTC neft kəmərinin ölkə ərazisi ilə davam etdirilməsi məsələsini ciddi surətdə nəzərdən keçirir"

Energetika Materials 6 İyun 2006 12:56 (UTC +04:00)
Benyamin Ben-Elieyzer: "İsrail BTC neft kəmərinin ölkə ərazisi ilə davam etdirilməsi məsələsini ciddi surətdə nəzərdən keçirir"

İsrail Bakı-Tiflis-Ceyhan neft kəmərinin ölkə ərazisi ilə davam etdirilməsi məsələsini ciddi surətdə nəzərdən keçirir. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 6-da Bakıda "Xəzər neft və qaz 2006" beynəlxalq sərgi-konfransın açılışında İsrailin infrastruktur naziri Benyamin Ben-Elieyzer bəyan edib.

"İsrail ərazisi Türkiyənin Ceyhan limanından 60 km məsafədə yerləşir ki, bu da neftin Xəzərdən Yaxın Şərq bazarlarına tədarükü üçün İsrailin boru kəmər arteriyalarından istifadəni mümkün edir.

Ben-Elieyzer bildirib ki, İsrail şirkətləri artıq Azərbaycan iqtisadiyyatına kapital qoyuluşu məsələsini nəzərdən keçirməyə başlayıb. O əlavə edib ki, hazırda İsraildə istifadə olunan enerji ehtiyatlarının bir hissəsi təbii qazın payına düşür və biz gələcəkdə İsrail şirkətlərinin Azərbaycan qazını almasını istəyirik.

Xəbər lenti

Xəbər lenti