Aşkelon-Eylat boru kəməri lə Xəzər neftinin nəqli barədə razılaşmanın olmamasına baxmayaraq, Azərbaycanın yüksək vəzifəli şəxsləri bu layihəyə böyük maraq göstərirlər. Trend in bildirdiyinə görə, bu barədə iyunun 8-də Bakıda keçirilən mətbuat konfransında İsrail Milli infrastruktur naziri Benyamin Ben -Yeliyezer xəbər verib.
Nazir qeyd edib: "ARDNŞ və BP şirkətlərinin rəhbərliyi bu məsələni ətraflı şəkildə öyrənirlər və bu məsələdə maraqlı olduqlarını bildiriblər". O bildirib ki, Aralıq dənizini Qırmızı dənizlə birləşdirən boru kəməri istifadəyə hazırdır.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Aşkelon-Eylat kəməri ilə birləşdirilməsi layihəsinin reallaşması nəqliyyat xərclərini bir qədər azaldacaq. Benyamin Ben-Yeliyezer bildirib: "Çin və Hindistanın enerji daşıyıcılarına olan tələbatı daim artır və bu yol istehlakçıların nöqteyi-nəzərindən daha qısa yol olacaq".