İyunun 15-də bir barel AZERI LT CIF neftinin qiyməti $67,04 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,61 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.
AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir.
Trend in xəbər verdiyi kimi, iyunun 15-də BTC boru kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılan bir barel neftin qiyməti $66,14 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,59 artıb).
İyunun 15-də URAL (EX-NOIO) neftinin qiyməti $61,85 təşkil edib. URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.
URAL(EX-NOIO) neftinin məzənnəsi Rusiyanın Novorossiysk terminalından yüklənən neftin dəyərini əks etdirir.
İyunun 15-də bir barel DTD neftinin qiyməti $66,28 təşkil edib. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.