Ceyhan limanı yaxın vaxtlarda Avropanın ən iri enerji terminalına çevriləcək. Bu barədə Trend agentliyi Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin Energetika, Su və Ətraf Mühit Departamentinin baş direktoru Mithat Rende bəyan edib.
Onun sözlərinə görə, Kərkük-Yumurtalık neft boru kəməri, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması, Samsun-Ceyhan kəmərinin çəkilməsi Ceyhan limanını beynəlxalq şirkətlər üçün "energetika supermarketi"nə çevirməyə imkan verəcək. "Ceyhan limanı Qərbi Avropanın ən iri limanı - 134 mln ton gücündə olan Rotterdamı ötəcək. Bu, həqiqi göstəricidir" - deyə M.Rende bildirib.
Qeyd edək ki, Ceyhan limanında 945 min ton. (hərəsi 1 mln. barel olan 7 çən) neft saxlamaq mümkün olacaq.