...

Azərbaycan Gürcüstana ixrac olunan benzinin həcmini xeyli azaldıb

Energetika Materials 27 İyun 2006 14:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Heydər Əliyev adına" neft emalı zavodunda reforminq qurğusunun işini dayandırıb. ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, bu, Gürcüstana ixrac olunan avtomobil benzinin xeyli azılmasına səbəb olub. "Misal üçün, çərşənbə günü kiçik yanacaq partiyasının yüklənib göndərilməsi gözlənilir. Azərbaycanın daxili bazarı üçün çatdırılan yanacağın həcmini əvvəlki səviyyədə saxlamışıq, çünki bu bizim üçün prioritet məsələdir" - deyə ARDNŞ-dən bildiriblər.

Reforminq qurğusunun işinin dayandırılması 10-20 gün çəkəcək. "Bu, Gürcüstanda yanacağın qiymətinə təsir göstərə bilər. Hazırda biz benzin satışı ilə bağlı tender keçiririk və yaranmış vəziyyəti qiymətləndiririk" - deyə ARDNŞ-dən qeyd ediblər.

"Neft Məhsulları İstehsalçı, İdxalçı və İstehlakçılar İttifaqı" QHT-nin sədri İvan Mtvralaşvili Trend ə bildirib ki, yaxın vaxtlara qədər Gürcüstan Azərbaycandan ayda 15-17 min ton benzin alırdı.

Onun fikrincə, Azərbaycandan olunan ixracın dayandırılması Gürcüstanda benzinin qiymətinə təsir göstərməyəcək, çünki Avropa ölkələrindən benzin alındığından ölkədə benzin çatışmazlığı yoxdur.

Xəbər lenti

Xəbər lenti