...

Naxçıvan MR-in enerji sisteminə 79 mln. kVt-dan çox enerji daxil olub

Energetika Materials 6 İyul 2006 13:05 (UTC +04:00)

2006-cı ilin iyununda Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 79,1 mln kVt-dan çox enerji daxil olub. Trend in xəbər verdiyi kimi, bu barədə Azərenerji SC-nin iyulun 5-də yayılmış məlumatında deyilir.

NMR Türkiyə və İrandan icrac edilən elektrik enerjisi ilə təmin olunur.

Hazırda NMR ərazisində təkcə "Araz" SES fəaliyyət göstərir. Bu SES iyunda 6,7 mln kVt enerji istehsal edib. 14,5 mln kVt-dan çox enerji isə yeni tikilən Naxçıvan qaz-turbin elektrik stansiyasının enerji sisteminə daxil olub.

2006-cı ilin mayında NMR-ə İrandan 39,3 mln. kVt, Türkiyədən - 18,6 mln. kVt elektrik enerjisi tədarük olunub.

Hazırda NMR-ə İrandan sutkada orta hesabla 1 mln. 150 min kVt, Türkiyədən - 550-600 min kVt enerji daxil olur. "Araz" SES-də 300-400 min kVt, Naxçıvan QTES-də isə 400-500 min kVt enerji istehsal olunur.

Xəbər lenti

Xəbər lenti