...

"Çıraq" yatağında neft hasilatı dayandırılıb

Energetika Materials 15 İyul 2006 11:37 (UTC +04:00)

Dünən Xəzərin Azərbaycan sektorundakı "Çıraq" yatağında texniki səbəblər üzündən Azeri Light neftinin hasilatı dayandırılıb. Layihənin operatoru olan BP Azerbaijan şirkətindən Trend ə verilən məlumata əsasən, iyulun 14-də yerli vaxtla saat 15:30-da "Çıraq" yatağında platformanın elektrik təchizatı kəsilib.

Platforma elə layihələşdirilib ki, belə hallarda bütün əməliyyatlar avtomatik olaraq dayandırılır və obyekt tam təhlükəsiz olur.

"Biz platformanın tam təhlükəsiz olduğunu bilsək də, işçilərin bir hissəsinin evə buraxılması haqqında qərar verdik" - deyə BP Azerbaijan-dan bildiriblər. Beləliklə, 123 nəfərdən 68-i platformanı tərk edib.

"Biz dərhal hadisənin səbəblərinin araşdırılmasına başladıq" - deyə BP Azerbaijan şirkətindən xəbər veriblər.

"Çıraq" yatağındakı hadisə "Mərkəzi Asiya" və "Qərbi Azəri" yataqlarında neft hasilatı, eləcə də kəmər vasitəsilə neft nəqli və Səngəçal terminalının işinə təsir göstərməyib.

Platformanın işinin dayandırılması neft sızıntısına və digər ekoloji pozuntulara gətirib çıxarmayıb. Platformanın işçiləri ilə də heç bir problem yoxdur. Platformanın işinin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti