...

"Azəri"də daha bir quyunun qazılması başa çatıb

Energetika Materials 1 Avqust 2006 14:09 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsi layihəsinin operatoru BP Azerbaijan "Mərkəzi Azəri" stasionar platformasından ikinci quyunun qazılmasını başa çatdırıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Bu hasilat quyusunun dərinliyi 4800 metrdir.

İk həftə ərzində quyunun tamamlanması üzrə işlər həyata keçiriləcək. Daha sonra quyunun debiti müəyyən ediləcək. Bu işlər başa çatdıqdan sonra platofrmadan qazma işləri davam etdiriləcək.

İlin birinci yarısında BP şirkəti tərəfindən "Çıraq", "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarından gündə təxminən 411 min barel neft hasil edilib. 2006-cı il üçün proqnozlar belə bir nəticəyə gəlməyə əsas verir ki, cəmi bir il ərzində şirkət gündə orta hesabla 448 min barel hasil edəcək. Bunun 141 min bareli "Çıraq", 226 min bareli "Mərkəzi Azəri", 81 min bareli "Qərbi Azəri"nin payına düşəcək.

Xəbər lenti

Xəbər lenti