2006-cı ildə ARDNF "Şahdəniz" yatağından qaz hasilatının başlanması çərçivəsində $30 mln bonus əldə edəcəyini gözləyir. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 1-də keçirilmiş mətbuat konfransında fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Onun sözlərinə görə, yatağın istismarı nəticəsində ARDNF-ə daxilolmalar 2007-ci ildə gözlənilir.
Qeyd edək ki, "Şahdəniz" yatağından ilk qazın 2006-cı ilin payızında hasil ediləcəyi planlaşdırılır. Qaz "alqı-satqı haqqında" müqavilələr əsasında Azərbaycan, Türkiyə və Gürcüstana satılacaq. Qaz Cənubi Qafqaz qaz kəməri (SCP) ilə nəql olunacaq.