AZERİ LT FOB Ceyhan neftinin qiyməti avqustun 21-də $71,38/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,62/barel artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Trend xəbər verir ki, AZERİ LT CİF Augusta neftinin qiyməti avqustun 21-də $72,98/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,79/barel artıb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
URAL (EX-NOVO) neftinin qiyməti avqustun 21-də $65,91/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,24/barel artıb). URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
DTD neftinin qiyməti avqustun 21-də $71,82/barel təşkil edib (əvvəlki qiymətə nisbətən $0,67/barel artıb). DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən neftin Azeri Light növü 1999-cu ildə Gürcüstanın Supsa limanından "qərb" boru kəməri ilə dünya bazarlarına ixrac olunmağa başlayıb.