...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti "McDermott" şirkətinin vitse-prezidentini qəbul edib

Energetika Materials 2 Sentyabr 2006 13:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "McDermott" şirkətinin vitse-prezidenti Uilyam R. Robinsonu qəbul edib. Bu barədə Trend ə ARDNŞ-dən bildiriblər.

"McDermott" şirkətinin vitse-prezidenti təmsil etdiyi şirkətin ARDNŞ-lə əməkdaşlığının səmərəliliyini qeyd edərək, bu əməkdaşlıqdan razı qaldığını qeyd edib.

ARDNŞ prezidenti "McDermott" şirkəti ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu arasında yaranmış münasibətlərdən söz açaraq, gələcəkdə Xəzərin başqa sektorlarından da buraya sifarişlərin cəlb olunmasını hər iki tərəfdaş üçün məqsədəuyğun hesab etdiyini söyləyib.

"McDermott" şirkətinin nümayəndəsi isə Azərbaycanın beynəlxalq bazarda inkişafı üçün böyük imkarlara malik olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti