Azərbaycan-Niderland "AzeriFugro" MM Xəzər dənizinin Qazaxıstan sektorunda işləyən Agip KCO üçün laborator işləri bu il oktyabrın əvvəlində başa vuracaq. Bu barədə Trend ə şirkətdən məlumat verilib.
Şirkət ötən il Atırau şəhəri yaxınlığında mütəxəssislərin apardığı işlər zamanı əldə olunmuş kern nümunələrini artıq alıb.
İşlər başa çatan kimi, məlumatlar "Agip KCO" şirkətinə təqdim olunacaq. Laborator işlər Xəzərin Qazaxıstan şelfindəki sahil zonasında torpağın mühəndis xüsusiyyətlərinin öyrənilməsini nəzərdə tutur.