...

"Azərenerji" sistemində 7,8 % çox elektrik enerjisi istehsal olunub

Energetika Materials 4 Sentyabr 2006 16:29 (UTC +04:00)

Bu ilin avqust ayı ərzində "Azərenerji" səhmdar cəmiyyəti tərəfindən 1,756 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Trend in səhmdar cəmiyyətin mətbuat xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, bu, keçən ilin analoji dövrü ilə müqayisədə 7,8 % çoxdur.

İyul ayında istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 1,6 mlrd. kVt/saat-ı istilik elektrik stansiyalarının, 0, 146 kVt/saat-ı isə su elektrik stansiyaların payına düşür.

Cari ilin avqust ayında qonşu ölkələrlə elektrik enerjisinin ötürülməsi davam edib. Rusiyadan 66,998 mln. kVt/saat, İrandan 38,711 mln. kVt/saat, Türkiyədən isə 19,774 mln. kVt/saat elektrik enerjisi alınıb.

İlin əvvəlindən bəri "Azərenerji" sistemində 15,948 mlrd. kVt/saat (keçən ildəkindən 7,5 % çox) elektrik enerjisi istehsal olunub ki, bunlardan da 13,982 mlrd. kVt/saat-ı istilik elektrik stansiyalarının payına düşür. Xaricdən tədarük 1,203 mlrd. kVt/saat-ı ötüb ki, bu da keçən illdəkindən 12,1 % azdır. Elektrik enerjisinin ixracı isə 602 mln. kVt/saat-ı keçib.

Xəbər lenti

Xəbər lenti