2006-cı ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti, əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) ölkənin ofşor və onşor yataqlarından 5 mln. 984,8 ton neft hasil ediblər ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 6,4 min ton azdır.
ARDNŞ-dən Trend ə verilən xəbərə görə, Dövlət Neft Şirkətinin neft-qaz çıxarma idarələri (NQÇİ) tərəfindən dənizdə və quruda neftin hasilatı yanvar-avqust aylarında 5 mln.237,4 min ton təşkil edib. Bu isə 2005-ci ilin analoji dövründəki göstəricidən 7,6 min ton (və ya 0,1%) azdır.
Yanvar-avqust aylarında ƏŞ və BM çərçivəsində xarici şirkətlər 747,4 min ton neft istehsal ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 min ton (və ya 0,2%) çoxdur.
Yanvar-avqust aylarında Azərbaycanda ümumi qaz hasilatı 4 mlrd. 434,68 mln. kubmetr təşkil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 845,1 mln. kubmetr (və ya 23,5%) çoxdur. Yanvar-avqust aylarında hasil edilən qazın 2 mlrd. 631,42 mln. kubmetri NQÇİ-lərin payına düşüb. Bu göstərici ötən ilin eyni dövründəkindən 102,9 mln. kubmetr artıqdır. BM və ƏŞ cari ilin yanvar-avqust aylarında 75,36 mln. kubmetr qaz hasil edilər ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 10,9 mln. kubmetr azdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2006-cı ilin yanvar-avqust aylarında "Azəri-Çiraq-Günəşli" yataqlarından ARDNŞ üçün 1 mlrd. 689,46 mln. səmt qazı hasil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 714,7 mln. kubmetr çoxdur.
Azərbaycanda 57 neft-qaz yatağı var ki, onlardan da 18-i dənizdə, qalanı isə quruda yerləşir. ARDNŞ əməkdaşlarının sayı isə hazırda 59170 nəfər təşkil edir.
2006-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft və qazın hasilatının sərbəst cədvəli aşağıdakı kimidir:
Neft (min ton) |
Avqust |
İyul yul |
Yanvar- avqust | ||
2006 |
2006 |
2006 |
2005 |
% | |
Cəmi |
781,3 |
753,1 |
5984,8 |
5991,2 |
- 0,1 |
ARDNŞ-in NQÇİ -in NQÇİ |
677,7 |
650,4 |
5237,4 |
5245,0 |
- 0,1 |
BM və ƏŞ Ş |
103,6 |
102,7 |
747,4 |
746,2 |
0,2 |
Qaz (mln. m3) |
|||||
Cəmi |
550,97 |
498,15 |
4434,68 |
3589,6 |
23,5 |
ARDNŞ-in NQÇİ -in NQÇİ |
372,22 |
345,90 |
2631,42 |
2528,5 |
3,5 |
BM və ƏŞ Ş |
9,00 |
8,97 |
75,36 |
86,3 |
-12,7 |
ABƏŞ (ARDNŞ üçün) (ARDNŞ üçün) |
168,81 |
124,20 |
1689,46 |
974,8 |
73,3 |