...

Bakıda energetika sahəsində Azərbaycan-Moldova əməkdaşlığına dair danışıqlar aparılacaq

Energetika Materials 13 Sentyabr 2006 17:36 (UTC +04:00)

Gələn həftə Bakıda Azərbaycan və Moldova arasında energetika sahəsində əməkdaşlığa dair danışıqlar aparılacaq. Bu barədə Trend ə Moldovanın ölkəmizdəki səfiri İon Robu məlumat verib.

Danışıqlarda iştirak etmək üçün gələn həftənin əvvəlində Moldova hökumətinin ekspertlər qrupu Bakıya gələcək. Ekspertlər qrupuna ekologiya və təbii sərvətlər naziri Konstantin Mixaylesku rəhbərlik edəcək. Azərbaycana səfər zamanı Moldova Respublikası ərazisində axtarış-kəşfiyyat işlərini bərpa etmək üçün azərbaycanlı həmkarların təcrübəsinin öyrənilməsi və müvafiq materialların hazırlanması planlaşdırılır. Diplomat Moldova və Azərbaycanın energetika sahəsində əməkdaşlıq perspektivlərini müsbət və ümidverici kimi qiymətləndirir.

İ.Robunun sözlərinə görə, hər iki ölkənin ekspertlər qrupu arasında işgüzar görüşün ilk iclası bu ilin martında keçirilib. Həmin iclasda tərəflər neft-qaz ehtiyatlarının perspektivlərinin qiymətləndirilməsi məqsədilə Moldova ərazisinin öyrənilməsi vəziyyətini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti