...

ARDNF Gürcüstandan nəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı təkliflər sorğusu elan edib

Energetika Materials 27 Sentyabr 2006 15:43 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Gürcüstanın Rustavi şəhərindən 28 minik avtomobilinin xüsusi texnika ilə çatdırılması üzrə xidmətlərin göstərilməsi ilə bağlı təkrar təkliflər sorğusu elan edib. Birinci sorğu çərçivəsində təkliflər sentyabrın 22-dən gec olmayaraq qəbul olunurdu.

Fonddan Trend ə verilən məlumata görə, ARDNF verilmiş təkliflərin sayının 3-dən az olması, bunun isə "Dövlət satınalmaları haqqında" qanunun şərtləri ilə ziddiyyət təşkil etməsi ilə əlaqədar müsabiqəni davam etdirməkdən imtina edib. Bununla əlaqədar təkliflərin təqdim edilməsinin yeni müddəti 9 oktyabr 2006-cı il müəyyən edilib.

Daşıma xidmətlərini həyata keçirmək üçün müvafiq lisenziyası olan şirkətlərin nümayəndələri təkliflər sorğusunu almaq üçün ARDNF-yə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti