...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən neft partiyasının satılması üzrə tenderi bağlayıb

Energetika Materials 28 Sentyabr 2006 15:10 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrda Novorossiysk limanından 1 mln. barrel həcmində "Ural" markalı neftin tanker partiyasının satışı üzrə tenderi bağlayıb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib.

"REOC Ltd" treyderi (Virciniya adaları) tenderin qalibi elan olunub. Partiyanın göndərilməsi oktyabrın 24-25-nə nəzərdə tutulub.

Sentyabrda ARDNŞ Novorossiysk limanından 2 neft partiyası satıb. Birinci neft partiyasının da alıcısı "REOC" olub. 85 min ton həcmində olan birinci partiyanın göndərilməsi sentyabrın 24-25-də baş tutub. Bu şirkət ilk dəfədir ki, ARDNŞ-dən neft alır. İkinci partiyanı isə İsveçrənin "Iitol" şirkəti alıb. Eyni həcmdə olan ikinci partiya sentyabrın 29-30-da göndəriləcək.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib. 2004-cü ildə isə bu rəqəm 2,559 mln. ton olub.

2006-cı ilin əvvəlindən bəri Novorossiysk limanından ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıblar:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton);

İyul - Glencore (60 min ton);

Avqust - Glencore (131 min ton);

Avqust - Select Energy (78 min ton);

Sentyabr - REOC Ltd. (85 min ton);

Sentyabr - Iitol (85 min ton);

Oktyabr - REOC Ltd. (135 min ton).

Xəbər lenti

Xəbər lenti