...

Azərbaycanda 17,5 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub

Energetika Materials 4 Oktyabr 2006 11:31 (UTC +04:00)

Bu ilin sentyabr ayı ərzində "Azərenerji" Səhmdar Cəmiyyəti saatda 1,6 mlrd. kVt-dan çox elektrik enerjisi istehsal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,3% çoxdur. Bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Sentyabrda istehsal olunmuş elekrtik enerjisinin ümumi həcminin 1,5 mlrd kVt-ı istilik elektrik və təxminən 0,1 mlrd. kVt-ı su elektrik stansiyalarının payına düşür.

Həmin ay ərzində Rusiyadan 68,06 mln. kVt, İrandan - 40,866 mln. kVt, Türkiyədən isə 20,64 mln kVt elektrik enerjisi alınıb.

İlin əvvəlindən "Azərenerji" sistemində 17,5 mlrd. kVt elektrik enerjisi istehsal olunub. Bunun 15,5 mlrd kVt-ı istilik elektrik stansiyalarının payına düşür. Kənardan tədarüklərin həcmi 1,332 mlrd. kVt-ı keçsə də, bu, ötən illə müqayisədə 12,9% azdır.

Xəbər lenti

Xəbər lenti