...

LUKoil yaxın 10 il üçün inkişaf proqramını təqdim etməyə hazırlaşır

Energetika Materials 6 Oktyabr 2006 15:42 (UTC +04:00)

Rusiyanın LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib ki, oktyabrın 19-da Nyu-Yorkda şirkətin yaxın 10 il üçün inkişaf proqramını təqdim olunacaq. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, LUKoil şirkətinin yaxın 10 il üçün inkişaf strategiyasında 100 mlrd. ABŞ dollarından artıq sərmayə qoyuluşu nəzərdə tutulub. "Nəticədə şirkətdə neft hasilatının həcmini 50%- ildə 150 mln. tona qədər, qazın isə - 50 mlrd. kubmetrə qədər artırılması planlaşdırılıb", - deyə Vahid Ələkbərov bildirib.

Hazırda şirkətin hasilat həcmi təxminən 95 mln. ton neft və 8,5 mlrd. kubmetr qaz təşkil edir.

"Proqram (şirkətin yaxın 10 il üçün inkişaf proqramı) artıq təsdiq olunub və reallaşdırılmağa başlanılır", - deyə LUKoil başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti