...

2006-cı ilin sentyabrında ARDNŞ kəşfiyyat qazma işlərini artırıb

Energetika Materials 11 Oktyabr 2006 16:17 (UTC +04:00)

2006-cı ilin yanvar-sentyabr aylarında Dövlət Neft Şirkəti 108 914 metr qazma işləri həyata keçirib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən bildiriblər. İşlərin bu həcmi proqnozdan 9 074 metr, keçən ildəkindən isə 5 172 metr çoxdur. 2006-cı ilin sentyabr ayında yataqlarda 15 032 metr qazma işləri həyata keçirilib.

Bu ilin 9 ayı ərzində istismar qazma işlərinin həcmi 107 299 metr olub. Bu, həmin dövr üçün nəzərdə tutulduğundan 9 009 metr, keçən ildəkindən isə 4 917 metr çoxdur. Sentyabr ayında 14 802 metr istismar qazma işləri aparılıb.

Yanvar-sentyabr ayları ərzində kəşfiyyat qazma işlərinin həcmi 1 615 metr təşkil edib. Bu, proqnozdan 65 metr, keçən ildəkindən isə 255 metr çoxdur. Sentyabr ayında 230 metr kəşfiyyat qazma işləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti