...

Azərbaycanda neftin hasilat həcmi təxminən 50% artıb

Energetika Materials 16 Oktyabr 2006 16:52 (UTC +04:00)

2006-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 23 mln. 072,1 min ton neft hasil edilib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 49% çoxdur.

Azərbaycanda yanvar-sentyabr aylarında qaz hasilatının həcmi 5 mlrd. 887,5 mln. kubmetr təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,3% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft və qaz hasilatının həcminin artımı əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hesabına baş verir. Bu ilin doqquz ayı ərzində ABƏŞ 16,3 mln. ton neft və 1 mlrd. 841,4 mln. kubmetr qaz hasil edib. Hər iki həcm ümumilikdə ötən ildəkindən 86,4% çoxdur.

Doqquz ay ərzində Azərbaycanda 17 mlrd. 650 mln. kVt/s elektrik enerjisi istehsal olunub. Bu həcm ötən ildəkindən 7,3% çoxdur. Bunun 11,6%-i su elektrik stansiyalarının, 88,4%- i isə istilik elektrik stansiyalarının payına düşür.

Bu ilin yanvar-sentyabr aylarında istilik enerjisinin istehsalı 3 mln. 883,1 Qkal təşkil edib. Bu, ötən ilin analoji dövründən 28,1% çoxdur.

Xəbər lenti

Xəbər lenti