Oktyabrın 18-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $58,02/barel təşkil edib, bu isə oktyabrın 17-dəki qiymətdən $0,85/barel azdır. Ötən çərşənbə günü ilə müqayisədə AZERI LT FOB Ceyhan neftinin qiyməti $0,64/barel artıb.
Trend xəbər verir ki, oktyabrın 18-də AZERI LT CIF Augusta neftinin qiyməti $59,50/barel təşkil edib, bu isə oktyabrın 17-dəki qiymətdən $0,83/barel azdır. Ötən çərşənbə ilə müqayisədə AZERI LT CİF Augusta neftinin qiyməti $0,68/barel artıb.
Oktyabrın 18-də URAL (EX-NOVO) neftinin qiyməti $53,57/barel təşkil edib, bu isə oktyabrın 17-dəki qiymətdən $1,06/barel azdır. Ötən çərşənbə günü ilə müqayisədə URAL (EX-NOVO) neftinin qiyməti $0,61/barel aşağı düşüb.
Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.
Oktyabrın 18-də DTD neftinin qiyməti $58,40/barel təşkil edib, bu isə oktyabrın 17-dəki qiymətdən $0,83/barel azdır. Ötən çərşənbə günü ilə müqayisədə DTD neftinin qiyməti $0,63/barel artıb. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.