...

Azeri Drilling Company BM ilk dərin quyunun qazıntısına başlayıb

Energetika Materials 25 Oktyabr 2006 14:07 (UTC +04:00)

Azeri Drilling Company Ltd Birgə Müəssisəsi (BM) ilk quyunun qazıntısına başlayıb. ARDNŞ-in yüksək vəzifəli nümayəndəsinin Trend ə verdiyi xəbərə görə, Azeri Drilling Company ilk quyusunu "8 mart" yatağında qazmağa başlayıb. İşlər 759 saylı dərin özüldə görülür, quyunun layihə dərinliyi təxminən 6000 metr təşkil edir. Bu yataqda cəmi 10 quyu qazılacaq.

ARDNŞ (35%), Panama respublikasında qeydiyyatdan keçmiş Target Petroleum Azerbaijan Corporation (35%) və First Drilling Limited (Şotlandiya, 30%) BM-in təsisçiləri qismində çıxış ediblər.

Müəssisənin fəaliyyət dairəsinə neft və qaz quyularının qazıntısı (o cümlədən üfüqi və xüsusi qazma), quyuların sementlənməsi və möhkəmləndirilməsi, mənimsənilmə, əsaslı və yeraltı təmir, geofiziki tədqiqatlar və perforasiya daxildir.

BM-in əsas vəzifəsi ən müasir texnika və avadanlıqlardan istifadə etməklə, "8 mart" və "Bulla-dəniz" yataqlarında dərin və çox dərin quyuların qazıntısı olacaq.

Xəbər lenti

Xəbər lenti