Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tiflis-Ceyhan boru kəməri ilə çatdırılan Azeri Light növlü növbəti neft partiyasının Türkiyənin Ceyhan limanından satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Tenderin qalibi Select Energy treyderi olub.
Partiyanın həcmi 1 mln. barel (və ya 135 min ton) təşkil edəcək və 24-26 noyabr tarixlərində göndərilməsi planlaşdırılır.
2006-cı ildə Ceyhandan ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıb:
Statoil - avqust (1 mln. barel);
Arcadia - sentyabr (600 min barel);
Select Energy - noyabr (1 mln. barel).