...

Azərbaycan Sənaye və Energetika Nazirliyində Yaponiyanın JBIC bankının nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 30 Oktyabr 2006 18:28 (UTC +04:00)

Bu gün Azərbaycanın Sənaye və Energetika Nazirliyində Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) Rusiya və MDB üzrə nümayəndəliyinin başçısı Keneçiro Xayaşi və JBIC -nin departament direktoru Yeşixiro Kumaqai ilə görüş keçirilib. Trend xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bankın nümayəndələri bu beynəlxalq maliyyə institutunun vəsaitləri hesabına Azərbaycanda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat verib.

Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Yaponiya maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatındakı mövcud fəallığından razı qaldığını bildirib, lakin onların gələcək sərmayələrinin Azərbaycanın qeyri-neft sektoruna yönəldilmə zərurətini xüsusilə vurğulayıb. Görüş zamanı bir sıra digər məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti