...

Oktyabrda Azərenerji SC elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 3 Noyabr 2006 17:48 (UTC +04:00)

2006-cı ilin oktyabrında Azərenerji səhmdar cəmiyyəti tərəfindən 1,7 milyard kvt/s elektrik enerjisi istehsal olunub. Bu keçən ilin analoji dövündəkindən 1,1% çoxdur. Trend bildirir ki, bu haqda SC-nin mətbuat xidmətini məlumatında verilib.

Oktyabr ərzində hasil olunan bütün elektrik enerjisinin həcmindən 1,6 milyard kvt/s-ı istilik elektrik stansiyalarının və 0,1 milyard kvt/s-ı hidrosansiyaların payına düşür.

2006 -ci il oktyabr ərzində qonşu ölkələrdən elektrik enerjisi alınması davam edib. Rusiyadan 48,7 milyon kvt/s, İrandan 44,3 milyon kvt/s, Türkiyədən 16,06 milyon kvt/s alınıb.

İlin əvvəlindən Azərenerji sistemində 19,249 milyard kvt/s elektrik enerjisi istehsal edilib, bunlardan 17,07 milyard kvt/s-ı istilik elektrik stansiyalarının payına düşür.

Xaricdən gətirilmələr 1,441 milyard kvt/s-ı keçib, bu da keçən ildəkindən 14% azdır.

Xəbər lenti

Xəbər lenti