Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı -Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gətirilmiş ümumi həcmi 1,2 mln. barel olan Azeri Light markalı neftin iki partiyasının Türkiyənin Ceyhan limanından göndərilməsi üçün tenderi bağlı elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, 600 min barel həcmində neft partiyasının satışı üzrə tenderin qalibi Glencore treyderi olub, Select Energy də ARDNŞ-dən analoji həcmdə neft alıb.
Glencore üçün partiyanın dekabrın 4-6-da, Select Energy üçün isə - dekabrın 8-10-da yüklənməsi planlaşdırılır.
Bu il Ceyhandan ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıblar:
Statoil - avqust (1 mln. barel);
Arcadia - sentyabr (600 min barel);
Select Energy GmbH - noyabr (1 mln. barel);
Glencore - dekabr (600 min barel);
Select Energy - dekabr (600 min barel).