...

ABƏŞ "Azəri" yatağının cənub hissəsindən ilk ixrac neftini alıb

Energetika Materials 10 Noyabr 2006 13:27 (UTC +04:00)

Trend bildirib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri" yatağının cənub hissəsindən hasil olunan ilk ixrac neftini alıb. Bu gün Səngəçal terminalına ilk neft daxil olub ki, buradan ixrac boru kəməri vasitəsilə nəql olunacaq.

Hazırda "Azəri" yatağının cənub hissəsində sutkada 70 min barel neft hasil olunur. 5 noyabrda ikinci quyudan neft hasilatına başlanıb.

Bilavasitə "Azəri" yatağının cənub hissəsindən neft hasilatına 2006-cı il 22 oktyabrdan başlanıb. "Cənubi Azəri" platformasından neft hasilatı cədvəl üzrə vaxtından 4 ay əvvəl başlayıb. Hasilat səkkiz quyudan birincisində başlayıb. 2007-ci ilin ortalarında hasilat digər quyuların istismara verilməsi ilə artacaq ki, bu da platformada qazıntı işlərinin başlamasından əvvəl olacaq. Dənizdə yerləşən "Cənubi Azəri" platformasında maksimal stabil hasilat mərhələsində sutkada 260 min barel neft hasil olunur.

Xəbər lenti

Xəbər lenti