...

"Xəzərdənizneftdonanma" idarəsi tender elan edib

Energetika Materials 10 Noyabr 2006 15:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Xəzərdənizneftdonanma" idarəsi "Aura" gəmisinin təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə tender elan edib. Bu barədə Trend xəbər verir.

Tenderlə maraqlananlar 200 ABŞ dolları həcmində məbləğ ödəməlidirlər. İddiaçıların təklifləri noyabrın 26-dan gec olmayaraq qəbul olunacaq. Tender proseduru dekabrın 27-də səhər keçiriləcək.

Alınmış ehtiyat hissələri sazişin imzalanmasından sonra 3 aydan gec olmayaraq idarəyə təqdim olunmalıdırlar. Satın almaya görə vəsaitlər hissələrlə bir il ərzində ödəniləcək.

Xəbər lenti

Xəbər lenti