...

Rövnəq Abdullayev: 2009-cu ilədək Azərbaycan benzininin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmağa nail olacağıq

Energetika Materials 21 Noyabr 2006 15:22 (UTC +04:00)

2009-cu ilədək Azərbaycan benzininin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmağa nail olacağıq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev qeyd edib ki, benzinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı layihə davam etdirilir. 2007-ci ilin sonunda Azərbaycanda yeni qurğular tikilməsinə başlanılacaq. Qurğular H.Əliyev adına Neft Emalı Zavodunun nəzdində tikiləcək. Artıq bununla əlaqədar Almaniya şirkətləri ilə müqavilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti