...

Azərbaycan 2007-ci ildə Rusiyadan tədarük ediləcək elektrik enerjisinin həcmini elan edib

Energetika Materials 24 Noyabr 2006 16:28 (UTC +04:00)

Azərbaycan 2007-ci ildə Rusiyadan maksimum 700 milyon kVt/s elektrik enerjisi almaq niyyətindədir. Trend -in məlumatına görə, bu haqda bu gün "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu il Azərbaycana elektrik enerjisi tədarükünü xeyli azaldacağını elan edib. Əgər əvvəllər qış dövrünün gecə pik saatlarında elektrik enerjisinin ötürülməsi 300MVt təşkil edirdisə, gələn il bu göstərici 60 MVt-dan çox olmayacaq. Azərenerjinin rəhbəri qeyd edib ki, əgər Rusiya tərəfi hər ay 100 kVt/s elektrik enerjisi göndərirdisə, gələn il bu həcm hər ay üçün 30 kVt/s-a kimi azalacaq.

Bundan əlavə, Rusiya göndərilən elektrik enerjisi tariflərini 1 kVt/s üçün 4,1 sentə kimi qaldırılması müraciəti ilə çıxış edib. Bu ilin noyabrın 30-na kimi, Azərbaycan Rusiyaya gecə saatlarında elektrik enerjisini 1 kVt/s üçün 1,6 sentə 350 milyon kVt/s həcmində satacaq. Rusiya tərəfi öz növbəsində Azərbaycana gündüz saatlarında 1 kVt/s-ı 3,636 sent olmaqla 1 milyard kVt/s ötürəcək.

Keçən il ərzində Rusiyadan Azərbaycana 1 milyard 033 kVt/s elektrik enerjisi göndərilib. Tədarüklər 1 kVt/s üçün 2,8 sent həcmində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti