...

2007-ci ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti aşağı təzyiqli qazın toplanmasına başlayacaq

Energetika Materials 29 Noyabr 2006 15:05 (UTC +04:00)

Noyabrın 1-nə olan məlumata görə, "28 may" neft-qazçıxarma idarəsinin "Günəşli" yatağında sutka ərzində hasil etdiyi qazın həcmi 10,5 mln. kubmetr təşkil edib, proqnoz isə 6,8 mln. kubmetr olub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Qaz hasilatının artma səbəblərindən biri bu ilin avqust ayında "Günəşli" yatağından "Neft Daşları" yatağına qədər yüksək təzyiqli sualtı qaz kəmərinin çəkilməsi oldu. Bu boru kəməri 200-400 min kubmetr sutkalıq debitə malik 6 quyunu birləşdirir. Oktyabr ayında 440 min kubmetr sutkalıq debitə malik quyu istismara verilib.

Hazırda Rusiyadan qaz tədarükünün azalması ilə bağlı ARDNŞ qarşısında öz neft hasilatını artırmaq vəzifəsi qoyulub. Əgər bu il 4,5 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulubsa, gələn il bu göstəricinin artıq 5 mlrd. kubmetr səviyyəsində olacağı planlaşdırılır.

Bu məqsədlər üçün "Günəşli" yatağında 7 quyunun, "8 mart"da 2 quyunun, "Bahar"da 1 quyunun - cəmi on qaz quyusunun qazılması nəzərdə tutulub. Bu həcmlərin nəqli üçün "Günəşli" yatağından "Neft Daşları" yatağınadək yeni yüksək təzyiqli qaz kəməri çəkiləcək.

2007-ci ilin iyul ayında "Günəşli" yatağında aşağı təzyiqli qazın toplanması texnologiyası istismara veriləcək. Bunun üçün aşağı təzyiqli qaz kəmərinin, "Günəşli-4" platformasında sutkada 4 mln. kubmetr həcmli qaz-kompressor stansiyasının inşası nəzərdə tutulub.

Bu həcmlər SKS-2 qaz-kompressor stansiyasına və oradan isə istehlakçıları tədarük olunacaq. Öz növbəsində SKS-2 stansiyasının iki əlavə turbin hesabına genişləndirilməsi və onun sutkalıq gücünün 7,4 mln. kubmetrdən 11 mln. kubmetr qaza qədər çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti