...

USAID və CHF International İstisuda yeni transformator quraşdırıb

Energetika Materials 29 Noyabr 2006 20:20 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti Azərbaycanın cənubunda Lənkəranın kurort zonası olan İstisu kəndində enerji təsərrüfatının modernləşdirilməsini həyata keçirib. Trend -in məlumatına görə, bu haqda "Azərenerji"-nin mətbuat xidmətində məlumat veriblər.

Bu layihəni reallaşdırmaq üçün maliyyə dəstəyini İnkişaf üzrə ABŞ Beynəlxalq Agentliyi (USAID) və CHF International amerikan təşkilatı göstərib.

Əvvəllər burada dörd transformator var idi və onlardan birinin gücü 100 KVA olub və onun üzərinə böyük yük düşüb. Onun sıradan çıxmasından sonra vacib obyektlərin cərəyanı kəsilib. Transformatorun tətqiqi onun əsaslı təmirinin vacibliyini göstərib. CHF International yeni transformatorun işə salınmasına təşəbbüs göstərib.

Bunun nəticəsində yeni 160 KVA gücündə transformator quraşdırılıb. Həmçinin 100 KVA gücə malik transformator da təmir edilib.

Xəbər lenti

Xəbər lenti