...

İlin sonunadək "Günəşli" yatağında daha bir quyu qazılacaq

Energetika Materials 30 Noyabr 2006 13:22 (UTC +04:00)

ARDNŞ-in müstəqil işlədiyi "Günəşli" yatağının dayaz hissəsində 2006-cı ilin sonunadək daha bir quyu istismara veriləcək. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Bu ilə olan proqnoza əsasən, yatağın bu hissəsində 3 neft və 3 qaz quyusunun qazılması nəzərdə tutulur. İndiyədək yataqda 3 neft və 2 qaz quyusu qazılıb.

Neft quyularının orta sutkalıq debiti 234 ton təşkil edir. 254 ton həcmində ən yüksək debit 427 saylı quyuda qeydə alınıb.

Bu quyular arasında qaz hasilatı üzrə ən yüksək debit 490 min kub metr, kondensat hasilatı üzrə isə 117 ton təşkil edir.

İlin sonunadək daha bir neft quyusu istismara veriləcək. Quyunun lahiyə dərinliyi 2 880 metr təşkil edir. Hazırda quyunun dibi 2 120 metrə bərabərdir.

Xəbər lenti

Xəbər lenti