...

Gürcüstan elektrik enerjisinə görə Azərbaycana olan borcunu ödəyib

Energetika Materials 5 Dekabr 2006 18:27 (UTC +04:00)

Gürcüstan əvvəllər tədarük edilmiş elektrik enerjisinə görə Azərbaycana olan borcunu ödəyib. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, hazırda Gürcüstan elektrik enerjisinin tədarükünü davam etdirir.

"Gürcüstan borcunu ödədikdən sonra elektrik enerjisi tədarükünü davam etdirir. Azərbaycan başqa vaxt Gürcüstana elektrik enerjisinin analoji həcmini qaytaracaq", - deyə o bildirib.

"Gürcüstanın dövlət elektrik sistemi" şirkətini İrlandiyanın ESBI şirkəti idarə edir.

Gürcüstanın Azərbaycana 13 mln. kVt/s elektrik enerjisi həcmində borcu var idi.

Xəbər lenti

Xəbər lenti