...

Azərbaycan yanvar-noyabr aylarında yüngül neft hasilatını xeyli artırıb

Energetika Materials 7 Dekabr 2006 14:24 (UTC +04:00)

2006-cı ilin yanvar -noyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 20,962 mln. ton Azeri Light nefti hasil edib, bu isə 2005-ci ilin yanvar-noyabr ayından 9,262 mln. ton çoxdur.

Neft hasilatının artması 2006- cı ilin yanvar ayında "Azəri" yatağının qərb hissəsindən, noyabrda isə "Azəri" yatağının şərq hissəsindən hasilatın başlanması ilə izah olunur.

ABƏŞ-dən Trend ə verilən xəbərə görə, 2006-cı ilin yanvar-noyabr aylarında "Çıraq" yatağında neft hasilatı 6,398 mln. ton neft təşkil edib, 2005-ci ilin yanvar-noyabr aylarında isə bu, 6,465 mln. ton neft təşkil edib. 2006- cı ilin yanvar-noyabr aylarında "Azəri" yatağında 14,564 mln. ton neft, 2005-ci ilin yanvar-noyabr aylarında isə 5,241 mln. ton neft hasil edilib.

2006-cı ilin noyabr ayında ABƏŞ neftinin ümumi hasilatı 2,463 mln. ton neft, 2005-ci ilin noyabr ayında isə 1,54 mln. ton neft təşkil edib. 2006-cı ilin noyabr ayında "Çıraq" yatağında neft hasilatı 561,812 min ton, 2005-ci ilin noyabr ayında isə 630,7 min ton təşkil edib. 2006-cı ilin noyabr ayında "Azəri" yatağında 1,901 mln. ton neft, 2005-ci ilin noyabr ayında isə 910,2 min ton neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti