...

"Azəriqaz"ın prezidenti Əlixan Məlikov: "Qaz pulunu ödəməyən vətəndaşlar haqda cinayət işi açılacaq"

Energetika Materials 12 Dekabr 2006 15:21 (UTC +04:00)

2007-ci ilin yanvar ayının 1-dən etibarən qaz pulunu ödəməyən və edilən xəbərdarlıqlara məhəl qoymayan vətəndaşlara qarşı sərt tədbirlər görüləcək. Trend in məlumatına görə bu barədə jurnalistlərə "Azəriqaz" Qapalı tipli

Səhimdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov bildirib.

"İstifadə etdikləri qazın pulunu ödəməyən vətəndaşlara qarşı cinayət işinin açılması məsələsi də nəzərdə tutulur" deyə, Əlixan Məlikov qeyd edib.

"Vətəndaşlar istifadə etdikləri qazın pulunu ödəmirlər, qazdan oğurluq edirlər. Belə hallar isə geniş yayılıb. Biz belə halları aşkarlayıb, onu edənlər haqda cinayət işinin açılması üçün rayon prokurorluqlarına təhvil verəcəyik."

Xəbər lenti

Xəbər lenti