...

"Azərenerji" yeni stansiyada 1 kVt/s elektrik enerjisi istehsalı üzrə şərti yanacaq istehlakını elan edib

Energetika Materials 14 Dekabr 2006 16:23 (UTC +04:00)

Bu yaxınlarda istismara verilmiş Xaçmaz modul elektrik stansiyasında şərti yanacaq istehlakı 1 kVt/s elektrik enerjisi istehsalına 267 qram təşkil edir. Azerenerji SC-nin mətbuat xidmətinə istinadən Trend in verdiyi xəbərə görə, bu barədə SC-in prezidenti Etibar Pirverdiyev xəbər verir.

Onun sözlərinə görə, eyni zamanda respublika üzrə orta yanacaq istehlakı 369,2 qramdır. 2005-ci ilin 10 ayı ərzində bu göstərici 381 qrama bərabər olub, yəni istehlakın azalması təxminən 1 kVt/s-a 12 qram təşkil edib. Təbii yanacaqla desək, bu, 10 ay ərzində 100 min tondan çox od mazutu deməkdir.

Planlı şəkildə gerçəkləşmiş tədbirlər nəticəsində bu göstərici sistem üzrə azalmağa doğru davamlı tendensiya üzrə gedir. Yalnız noyabrda yanacaq istehlakı hesabat mərhələsində plnalaşdırılandan 3,15 qram az olub ki, bu da öz növbəsində, ümumilikdə 5,7 min ton şərti yanacağa qənaət etməyə imkan verib. 2006-cı ilin yanvar-dekabr ayları üçün yanacaq itkisinin orta göstəricisi proqnozlaşdırılandan az olub ki, bunun hesabına energi sistemi üzrə 73,9 min ton, ötən ilin müvafiq gösətriciləri ilə müqayisədə 211,3 min ton şərti yanacağa qənaət olunub.

Elektrik enerjisi istehsalı üçün yanacaqda istifadə olunan qaz 76% təşkil edib. Qazın 6 atmosfer təzyiqlə verildyiyi Xaçmazdakı modul elektrik stansiyasında qaz 1 kVt/ s işlənməsi üçün 0,23 kub metr təşkil edir. Hal-hazırda Azərenergi SC qış dövründə istifadə etmək üçün kifayət qədər od mazutu ehtiyatlarına malikdir : yanvar-oktyabr ərzində 1025,6 min ton mazut alınıb. Şirkətin baş mühənidisi Saleh Məmmədovun sözlərinə görə, bu mazut 2007-ci ildə Rusiyadan qaz idxalının həcminin aşağı düşməsinə təsir edə bilər.

Xəbər lenti

Xəbər lenti