...

Azərbaycan və Gürcüstan elektrik enerjisi tədarkünün həcmlərini razılaşdırırlar

Energetika Materials 26 Dekabr 2006 16:49 (UTC +04:00)

Azərbaycan və Gürcüstan ekspertləri təsdiqi yaxın zamanda gözlənilən enerji mübadiləsi qrafikinin tərtibi üzərində işi yekunlaşdırırlar. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərova istinadən səhmdar cəmiyətin mətbuat xidmətindən bildiriblər.

Hazırda 2006-cı ilin noyabrında bağlanmış razılaşma əsasında Azərbaycandan Gürcüstanın elektrik sisteminə elektrik enerjisinin tədarükü başlayıb. Hər gün yanvarın ortalarına qədər Azərbaycandan Gürcüstana 1,8 mln. kVt/s elektrik enerjisi tədarük ediləcək. Azərbaycandan edilən tədarükün hesabına Gürcüstan daha çox eletrik enerjisinin istehlakı gözlənilən yeni il bayramında elektrik enerjisi çatışmazlığı hiss etməyəcək.

Alınmış elektrik enerjisinin geri qaytarılması yay dövrü üçün nəzərdə tutulur, bu zaman Gürcüstan hidroelektik stasiyaları tam gücü ilə işləyir.

"Azərenerji"nin məlumatlaırna əsasən, Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 400 MVt-a çatıb.

Xəbər lenti

Xəbər lenti