...

Azərbaycan Gürcüstana tədarük ediləcək təbii qazın qrafikini və həcmini müəyyənləşdirib

Energetika Materials 9 Yanvar 2007 15:13 (UTC +04:00)

Azərbaycan hər ay 10 gün ərzində Gürcüstana qaz tədarük edəcək. Trend xəbər verir ki, ölkələr arasında olan razılaşmaya əsasən, qaz tədarükü hər ayın 10-dan 20-nə kimi sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Beləliklə, ümumi orta sutkalıq qaz həcmi ayda 1 mln. kub metr təşkil edəcək, necə ki, 2006-cı ildə Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya səfəri zamanı əldə olunmuş razılaşmada göstərilib. Azərbaycan Gürcüstana Dövlət Neft Şirkəti tərəfindən öz yataqlarından hasil edilmiş qazı tədarük edəcək. Əvvəlcə Gürcüstan və Azərbaycan nümayəndələri 1 min kub metr qazın dəyərinin 120 dollar olacağını qeyd etmişdilər.

Hazırda Gürcüstana yeganə təbii qaz tədarükçüsü Rusiyaınn "Qazprom" şirkətidir. Rusiya qazının dəyəri 1 min kub metr üçün 235 dollar həcmindədir.

Bundan başqa, Azərbaycan bu il Gürcüstana "Şahdəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı hər 1000 kub metr qazın qiyməti 63 dollar olmaqla 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və qiymət barədə məsələ isə ayrıca danışıqların predmetini təşkil edir.

Xəbər lenti

Xəbər lenti