...

"Azəriqaz" QSC-nın müraciəti əsasında qazdan qeyri-qanuni istifadə faktları ilə bağlı cinayət işləri açılıb

Energetika Materials 11 Yanvar 2007 12:51 (UTC +04:00)

Bu gün üçün (abonentlərin artan sayı nəzərə alınmaqla) qaz sayğacları respublikanın 81,16% abonentinə quraşdırılıb. Bu barədə Trend ə cümə axşamı "Azəriqaz" QSC-dən bildiriblər.

Lakin "Azəriqaz"dan bildiriblər ki, sayğacların işinə qeyri-qanuni müdaxilə faktları müşahidə edilir. Bu müdaxilələrin daha çox sayı Abşeron, Əzizbəyov rayonlarının və Sumqayıt şəhərinin payına düşür. Bütün aşkar edilmiş faktlarla əlaqədər QSC tərəifndən Azərbaycan Baş Prokurorluğuna müraciət edilib. Bu müraciətlər əsasında cinayət işi açılıb və təhqiqatlar aparılır.

Bundan önca ölkə parlamenti tərəfindən Cinayət Məcəlləsinin "Təbii qaz, elektrik və yanacaq enerjisinin oğurluğu" maddəsində dəyişikliklər edilib. Bu, sayğacların işinə müdaxilə edən abonentlərə, qazdan qeyri-qanuni istifadə edən şəxslərə və bu işdə onlara yardım edən şəxslərə qarşı tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti