...

"Bakıelektrikşəbəkə" qiymətlərin qalxması ilə əlaqədar elektrik enerjisi tariflərinin hesablanması sistemini açıqlayıb

Energetika Materials 15 Yanvar 2007 13:16 (UTC +04:00)

2007-ci il yanvarın 8-də yeni tariflər qüvvəyə minənə qədər Azərbaycan abunəçilərinin borcları köhnə tariflərlə hesablanacaq. Bu barədə Trend ə bazar ertəsi "Bakıelektrikşəbəkə"dən bildiriblər.

Aylıq tariflərin hesablanması bu cür həyata keçiriləcək: borclu ay ərzində orta sütkalıq elektrik enerjisi həcmi hesablanacaq (məsələn, 20 dekabrdan 20 yanvara qədər). 8 yanvardan etibarən yeni tariflə hesabalanacaq, bu tarixə qədər isə köhnə tariflə.

Bütün suallarla bağlı abunəçilər elektrik enerjisinin satışı və paylanması üzrə rayon idarələrində cavab ala bilərlər.

KİV-lərdə abunəçilərin əvvəlki borclarının yeni tariflərlə hesablanması barədə yayılan xəbərləri isə "Bakıelektrikşəbəkə" şayiə adlandırıb.

Xəbər lenti

Xəbər lenti